Sənan Süleymanov 15 illik həsrətə son qoydu

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Sports.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki güləşçisi qızıl medal qazanıb.
55 kq çəki dərəcəsində dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqat dünya çempionu olub.
77 kq-da isə Sənan Süleymanov həlledici görüşdə Moldova təmsilçisi Aleksandrin Qutuya qalib gələrək dünya çempionu olub.
Sənan Süleymanov həlledici görüşdə moldovalı Aleksandrin Qutuyla qarşılaşıb. Rəqibinə 8:3 hesabıyla qalib gələn Sənan ilk dəfə böyüklər arasında dünya çempionu olub.
O, həm də 15 illik həsrətə son qoyub. Belə ki, Süleymanov 2011-ci ildən sonra olimpiya çəkisində dünya çempionu olan ilk kişi güləşçimiz ünvanına sahib olub.






























