“İstənilən medal qələbə deməkdir” – İlham Zəkiyev

“İstənilən medal qələbə deməkdir” – İlham Zəkiyev

"6-cı Paralimpiya Oyunlarımdır. Bir az hazırlığımdan razı deyildim".

Sports.az xəbər verir ki, bunu Paris-2024 Paralimpiya Oyunlarının bürünc medallnı qazanan paracüdoçumuz İlham Zəkiyev (J1, +90 kq) deyib.

O, bildirib ki, qələbəni Azərbaycan xalqına həsr edir: "Zədələr ucbatından hazırlığım istədiyim səviyyədə keçməmişdi. Bununla belə bürünc medal qismət oldu. Paralimpiadada istənilən medal qələbə deməkdir. Çox sevinirəm, bu medalda çox insanın əziyyəti, zəhməti var – məşqçilər, məşq yoldaşları, ailə, komitə, federasiya. Hamısına təşəkkürümü bildirirəm. Çox şükür Allaha bu qələbəni bizə yaşatdı. Yaşasın, Azərbaycan! Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Nəhayət, biz sərhədləri tam bərpa olunmuş Azərbaycanın adından çıxış edirik. Üçrəngli bayrağımızı çalışacağıq həmişə zirvələrdə saxlayaq".

Zəkiyev 5-ci dəfə Paralimpiya Oyunlarında fəxri kürsüdə yer alıb. O, Afina-2004 və Pekin-2008 Paralimpiadalarında qızıl, London-2012 və Tokio-2020-də isə bürünc medala sahib çıxıb.

Son xəbərlər
Robertsonun “Liverpul”dan ayrılacağı rəsmiləşdi
“Gürcüstan yığması səhvlərimizi bağışlamadı”
“Olise əntiqədir, amma…”
Kukurelya “Barselona” ilə bağlı sözlərindən peşmandır
PSJ rusiyalı ulduzla maraqlanırmı?
Seneqallı məşqçinin evi soyuldu
Safonov Şevalye ilə münasibətini açıqladı
“Ruh düşkünlüyünə qapılmaq olmaz”
Günün oyunları – TV
“Çempionlar Liqasının 5 qənimətini bircə…” - Marselo
Jerar Martin “Atletiko”ya məğlubiyyəti şərh etdi
“Karvan-Yevlax” “Kəpəz”ə qarşı
Dörd oyuna üç darmadağın
“Frayburq”la “Aston Villa” 3 qolla qalib gəldi
“Rizəspor”dan darmadağın
Dünya çempionatında rekord sayda hakim fəaliyyət göstərəcək
ACF Kuboku keçiriləcək
“Liverpul” “Monako”nun hücumçusu ilə maraqlanır
Cüdo texnikaları üzrə imtahan keçiriləcək
Federasiyada idmançılara yeni idman dərəcələri təqdim edildi
Yeniyetmələr arasında liqa yarışının ilk turu başlayır
MY Ştillerlə maraqlanır
“Gözlədiyimizdən də yaxşı mübarizə apardıq”
Azərbaycan yığması Gürcüstana uduzdu
Noyer Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı
“Yuventus” “Liverpul”un qapıçısı ilə maraqlanır
“Quba”dan darmadağın
“Bayern” qapıçı axtarışındadır
“Şəfa” “Səbail”ə qalib gəldi
“Olimpik” “İnter”in müdafiəçisini satın almayacaq
DAHA ÇOX

Ən çox oxunanlar