Sərbəst güləşçilər reytinq turnirində 4 medal qazandı

Sərbəst güləşçilər reytinq turnirində 4 medal qazandı

Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə Reytinq Seriyasının 3-cü mərhələsi sona çatıb.

Sports.az xəbər verir ki, yarışın sonuncu günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb.

65 kq

Əli Rəhimzadə 1/8 finalda hindistanlı Kumar Anuja minimal fərqlə qalib gəlib – 7:6. Ancaq həmyerlimiz 1/4 finalda argentinalı Aqustin Destribatsla bacarmayıb - 1:3.

74 kq

Cəbrayıl Qadjiyev təsnifat mərhələsində misirli Amr Hussen (3:2), 1/8 finalda isə Bəhreyni təmsil edən Maqomedrasul Asluevlə (5:4) gərgin keçən qarşılaşmalarda sevinən tərəf olub. Yığma üzvü daha sonra gürcüstanlı Otari Baqauridən (4:1) güclü olmaqla adını yarımfinala yazdırıb. Tacikistanlı Maqomet Yevloyevlə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən (3:3) qələbə qazanan Cəbrayıl finala adlayıb.

Bu çəkidə yer alan digər güləşçilərimiz mübarizəyə 1/8 finaldan başlayıb. Turan Bayramov çinli Fenq Lu (7:0), Xadjimurad Qadjiyev isə qazaxıstanlı Darxan Yessengali (10:0) üzərində böyükhesablı qələbə əldə edib. Bayramov 1/4 finalda türkiyəli olimpiya və 2 qat dünya üçüncüsü, 3 qat Avropa çempionu Soner Demirtaşı 10:5 hesabıyla, Qadjiyev isə monqolustanlı Suldxuu Olonbayarı "tuş"la məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında yığma üzvləri üz-üzə gəlib. Komanda yoldaşına 7:4 hesabıyla qalib gələn Turan finalda iştirak hüququ qazanıb.

Xadjimurad bürünc medal uğrunda Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibini 12:7 hesabıyla məğub edərək üçüncü yeri tutub. Finalda isə Turanla Cəbrayıl güləşib. Gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbəylə ayrılan Bayramov qızıl, Qadjiyev isə gümüş medal qazanıb. 

86 kq

Abubakr Abakarov ilk görüşdə monqolustanlı Bat Byambasuren üzərində inamlı qələbə qazanıb – 7:0. Abakarov 1/4 finalda qırğızıstanlı Nurtilek Karipbayevi 5:0 hesabıyla üstələyərək yarımfinala vəsiqə qazanıb. Abubakr qazaxıstanlı Azamat Dauletboku da (3:2) məyus edərək finala yüksəlib. Ancaq Abakarov zədələndiyi üçün Bəhreyni təmsil edən Maqomed Şaripovla həlledici görüşə çıxmayıb və gümüş medalla kifayətlənib.

Beləliklə, sərbəst güləşçilər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Turnirdə 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyub.

Son xəbərlər
Alba Messi haqda: “Heç vaxt düşünməzdim ki…”
Məhəmməd Salah Ueyn Runinin rekordunu təkrarlayıb
Azərbaycan Velosiped İdmanı Federasiyasında qazaxıstanlı idman direktoru
Mbappe ən yaddaqalan qolu ilə bağlı sualı cavabladı
5-ci tura yekun vurulur
Günün oyunları – TV
Amorim iki futbolçusunun “Mançester Yunayted”i tərk edəcəyinə hazırdır
“Liverpul”un keçmiş qapıçısından Alison açıqlaması
“Mən daha əvvəlki deyiləm” - Mbappe
Remzi “UNAM Pumas”la müqaviləsinə xitam verdi
Yamal xüsusi proqrama salındı
“Cenoa”nın baş məşqçisi vəzifəsinə namizəd məlumdur
“Turan Tovuz” “Şamaxı”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
“Real”dan darmadağın
PSJ-yə bir qol bəs etdi
“Liverpul” qələbə həsrətinə son qoydu
“Yuventus”dan səfərdə çətin qələbə
Mbappe PSJ ilə “Real” arasındakı fərqdən söhbət açdı
“Bayern”lə “Bayer” də bacarmadı
“Liverpul”un kapitanı “qırmızılar”ın oyunundakı enişi şərh etdi
“Qalatasaray”dan ev oyununda heç-heçə
Beraldo haqqında dolaşan şayiəni təkzib etdi
Ekitike bütün zamanların ən yaxşı oyunçusunu açıqladı
İdman direktoru “Liverpul”u tərk edə bilər
Azərbaycanın daha bir cüdoçusu DÇ-də qızıl medal qazandı
“Neftçi” NTD-ni məğlub etdi
“Sumqayıt”da yeni futbolçu
Touni Avropa futboluna qayıda bilər
“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı
“Neftçi”dən darmadağın - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar