Digər
Fərid Qayıbov EOC prezidenti ilə görüşdü
08.06.2023 | 18:40
Gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralosu və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Aratı qəbul edib.
Sports.az xəbər verir ki, qonaqları salamlayan nazir onları növbəti dəfə Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Görüş zamanı ölkədə olimpiya hərəkatının inkişafı ilə bağlı fikir mübadiləsi edilib. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu qeyd edilib və bu ay Polşada baş tutacaq lll Avropa Oyunları ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev iştirak ediblər.