“Araz-Naxçıvan” fransız futbolçu ilə müqavilə bağladı

“Araz-Naxçıvan” Fransanın U-21 yığmasının sabiq futbolçusu Aksel Nqandonu transfer edib.

Sports.az xəbər verir ki, Fransa vətəndaşı olan oyunçu artıq Bakıdadır.

Tibbi müayinədən keçən yarımmüdafiəçi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Onun son klubu Fransada “Qrenobl” olub.

30 yaşlı hücumameyilli oyunçu müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. O, klub karyerasında ölkəsində “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində gücünü sınayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar