Şahmat
Azərbaycan şahmatçıları Misirə yollanır
12.10.2023 | 14:33
Oktyabrın 14-də Misirdə şahmat üzrə 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinə start veriləcək.
Sports.az xəbər verir ki, 80 ölkənin təmsil olunduğu yarışda Azərbaycanı 12 şahmatçı təmsil edəcək.
Bunlar Xaqan Əhməd, Paşam Əlizadə, Səfa Hümmətov, Atilla Orman, Məhəmməd Kazımzadə, Müslim Şirəliyev, Səadət Bəşirli, Əsnad Vəliyeva, İnci Ələkbərli, Məryəm Abbaszadə, Əsnad Baxşızadə və Mehriban Əhmədlidir.
Azərbaycan nümayəndə heyətinə beynəlxalq qrossmeyster Fərid Abbasov rəhbərlik edəcək.
Dünya birinciliyi oktyabrın 27-də başa çatacaq.