Azərbaycan millisi Belçikaya böyük hesabla uduzdu

Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

Sports.az xəbər verir ki, milli komanda Belçika yığmasının qonağı olub.

“Kinq Baudouin” stadionunda keçiriləm oyun saat 21:00-da start götürüb.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Belçika yığması F qrupunda 20 xalla birincidir. Azərbaycan millisi isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Qrupun digər matçında İsveç Estoniyanı qəbul edib. Bu oyunda isveçlilər 2:0 hesablı qələbəyə seviniblər.

AÇ-2024, seçmə mərhələ

19 noyabr

Belçika – Azərbaycan 5:0

Qol: Romelu Lukaku, 17; 26; 30; 37. Trossard, 90.

Qırmızı vərəqə: Eddi İsrafilov, 24-ikinci sarı vərəqə (Azərbaycan)

Baş hakim: Gerqo Boqar (Macarıstan)
Brüssel. “Kinq Baudouin”

Belçika: 12. Kun Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen, 21. Timoti Kastan, 3. Artur Teat, 18. Orel Manqala, 6. Aster Vranks, 9. Leandro Trossard, 19. Yohan Bakayoko, 7. Ceremi Doku, 10. Romelu Lukaku (k)
Baş məşqçi: Domeniko Tedesko

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 14. Eddi İsrafilov, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 9. Renat Dadaşov
Baş məşqçi: Canni De Byazi

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar