İtaliya Avropa çempionatının 1/8 finalında!
Bu gün Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçirilib.
Sports.az xəbər verir ki, B qrupunda mübarizə yekunlaşıb.
1/8 finala vəsiqəni 2 turdan sonra təmin edən İspaniya Albaniya ilə qarşılaşıb. Meydana ikinci heyətlə çıxmasına baxmayaraq, minimal hesablı qələbə qazanan ispanlar qrup mərhələsini maksimum nəticə ilə başa vurublar.
Qrupun digər görüşündə isə İtaliya Xorvatiya ilə üz-üzə gəlib. Leypsiqdəki matç dramatik alınıb. Xorvatlar ikinci hissədə hesabda önə keçsələr də, İtaliya millisi 90+8-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçmaqla yanaşı, həm də qrupda ikinci yeri tutub və 1/8 finala vəsiqə qazanıb.
AÇ-2024
B qrupu
24 iyun
Albaniya – İspaniya 0:1
Qol: Ferran Torres, 13.
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf. “Merkur Spiel-Arena”.
Xorvatiya – İtaliya 1:1
Qollar: Luka Modriç, 55 – Mattia Zakkayni, 90+8.
Baş hakim: Danni Makkeli (Niderland).
Leypsiq. “Red Bull Arena”.
Xallar: İspaniya – 9. İtaliya – 4. Xorvatiya – 2. Albaniya – 1.