“Heç vaxt özümü Akinfeyevlə müqayisə etməmişəm” -Məhəmmədəliyev

"Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın "Legalbet" nəşrinə açıqlama verib.

Sports.az xəbər verir ki, millimizin qolkiperi heç vaxt özünü rusiyalı qapıçı İqor Akinfeyevlə müqayisə etmədiyini bəyan edib:

"Akinfeyevin səviyyəsində oynaya biləcəyimi və ona çatacağımı düşünmürdüm. Lakin istəyirdim. Məqsədim var idi. Hər gün məşqlərdə bu hədəfə doğru getmək üçün çalışırdım. Gündə 2-3 dəfə məşq edirdim. Əgər heç bir şey etmirsənsə, niyə oturub gözləməlisən? Nəyisə dəyişmək üçün mütləq cəhd etməlisən", - deyə 30 yaşlı qolkiper bildirib.

Xatırladaq ki, 2016-2023-cü illərdə "Qarabağ"ın formasını geyinmiş Şahruddin Məhəmmədəliyev iyulun 18-də yenidən Ağdam klubuna qayıdıb. O, 2020-ci ildən Azərbaycanın əsas millisinin formasını geyinir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar