PSJ-nin futbolçusu “Beşiktaş”da

"Beşiktaş" heyətini yarımmüdafiəçi ilə gücləndirib.

Sports.az Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qara qartallar” PSJ-dən Şer Nduru icarəyə götürüb.

İtaliyalı yarımmüdafiəçi 2024/2025 mövsümünü "Beşiktaş"da keçirəcək. 20 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində 73 nömrəli forma ilə çıxış edəcək.

PSJ Şer Nduru ötən ilin yayında "Benfika"dan transfer edib. İtaliya U-21 millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Braqa"da keçirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar