Dünya futbolu
Lunin “Real”ın qarşısına yeni müqavilə tələbi qoydu
14.08.2024 | 23:35
“Real”ın ukraynalı qapıçısı Andrey Lunin 2029-cu ilə qədər yeni müqaviləyə razılıq vermək üçün “qaymaqlılar”ın heyətində daha böyük rola zəmanət tələb edir.
Sports.az xəbər verir ki, rəhbərlik də öz növbəsində tərəflərin mart və aprel aylarında artıq razılaşdıqları şərtlərdən bir addım da kənara çıxmaq niyyətində deyil.
İspaniya nəhəngi hesab edir ki, əgər Lunin “Real”da qalmaq istəyirsə, o zaman yalnız klubun müəyyən etdiyi şərtlərə əməl etməlidir.