Avroliqada 3-cü təsnifat mərhələsinə yekun vurulur
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Sports.az xəbər verir ki, son gündə 11 oyun baş tutacaq.
“Trabzonspor” da Vyana “Rapid”inin qonağı olacaq. Türkiyə təmsilçisi ilk oyunda məğlub olub.
Avropa Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
15 avqust
20:00. “Linkoln” (Cəbəllüttariq) - “Dinamo” (Minsk, Belarus) (ilk oyun 0:2)
20:00. “Rapid” (Vyana, Avstriya) - “Trabzonspor” (Türkiyə) (1:0)
21:00. “Elfsborq” (İsveç) - “Riyeka” (Xorvatiya) (1:1)
21:00. “Viktoriya” (Plzen, Çexiya) - “Krivbass” (Ukrayna) (2:1)
22:00. “Serkl Brügge” (Belçika) - “Molde” (Norveç) (0:3)
22:15. “Ayaks” (Niderland) - “Panatinaikos” (Yunanıstan) (0:1)
22:30. “Luqano” (İsveçrə) - “Partizan” (Serbiya) (1:0)
22:30. “Makkabi” (Təl-Əviv, İsrail) - “Panevejis” (Litva) (2:1)
22:30. “Servett” (İsveçrə) - “Braqa” (Portuqaliya) (0:0)
23:00. “Borats” (Bosniya və Herseqovina) - “Klaksvik” (Farer adaları) (1:2)
23:00. “Şemrok Rovers” (İrlandiya) - “Çelye” (Sloveniya) (0:1)