Dünya futbolu
Bundesliqadan Premyer Liqaya 25 milyonluq transfer
15.08.2024 | 11:00
İngiltərənin "Brayton" klubu Almaniya təmsilçisi "Maynts"dan Brayan Qrudanı transfer edib.
Sports.az Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın U-21 millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.
"Brayton" klubu futbolçu üçün 25 milyon funt-sterlinq ödəyib.
20 yaşlı hücumçu ötən mövsüm "Maynts"ın heyətində 28 oyuna çıxıb, 4 qol vurub. O, Almaniyanın U-21 yığmasında 7 matçda 1 qolla yadda qalıb.