“Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqlar yaxşı keçir”

“Yarışa hazırlıqlarımız yaxşı keçir”.

Sports.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin voleybolçusu Mərdan Məmmədov Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq haqqında federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Yığmanın blokçusu ötən həftə Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olduqlarını xatırladıb:

"Orada Gürcüstan yığması ilə bir neçə yoxlama oyunu keçirdik və qələbə qazandıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Rəqiblərimizi təhlil edirik. Belçika millisi ilə Qızıl Avropa Liqasında qarşılaşmışdıq və rəqib qalib gəlmişdi. Bu dəfə çalışacağıq ki, biz qələbə qazanaq. Avstriya millisi də güclü komandadır. Hər iki qarşılaşmada gözəl oyun göstərib qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, millimiz Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu avqustun 17-də səfərdə Avstriya yığmasına qarşı keçirəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar