ÇL: "Neftçi" ilk oyununda məğlub oldu

"Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb.

Sports.az xəbər verir ki, turnirin 1-ci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 0:5 hesabı ilə uduzub.

Qarşılaşma Gürcüstanın Tsxaltubo şəhərində keçirilib.

2-ci qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar