“Azərbaycan yığmasına açıq oyun təklif etdik” - Tomasson

İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson Azərbaycan yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, 48 yaşlı mütəxəssis nəticəni dəyərləndirib:

"Nəticədən razıyam. Rəqibə açıq oyun təklif etdik. Kifayət qədər şanslar əldə etdik. Bəzi çatışmazlıqlar vardı. Topu itirəndə komanda yerini tuta bilmirdi. Bunun üzərində işləməliyik. Qapıçının çıxışından razıyam".

Azərbaycan - İsveç matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar