Millimiz Türkiyədə təlim-məşq toplanışında olacaq

Çimərlik futbolu üzrə Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olacaq.

Sports.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma hazırlıq prosesində yoldaşlıq oyunları da keçirəcək.

Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Yığma Türkiyəyə bu heyətlə yollanacaq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov.

Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar