2-ci Liqa klublarının da cəzaları açıqlandı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda 2-ci Liqanın 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Saatlı-Araz” – “Şahdağ Qusar” oyununda təhlükəsizlik nümayəndəsi stadiona təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Saatlı-Araz” komandası 100 manat cərimə edilib.
“Saatlı-Araz” – “Şahdağ Qusar” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Saatlı-Araz” komandası 100 manat cərimə edilib.
“Füzuli” – “Dinamo” oyununda “Füzuli” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” komandası 70 manat cərimə edilib.
“Füzuli” – “Dinamo” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Füzuli” komandası 50 manat cərimə edilib.
“Füzuli” – “Dinamo” oyununun 42-ci dəqiqəsində “Dinamo” komandasının 20 nömrəli futbolçusu Valeh Seyidov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Dinamo” komandası 50 manat cərimə edilib.
“Kür-Araz” – “Qusar” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” komandası 70 manat cərimə edilib.
“Kür-Araz” – “Qusar” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.
“Kür-Araz” – “Qusar” oyununda “Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” komandası 70 manat cərimə edilib.
“Şimal” – “Şəfa” oyununda “Şimal” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Şimal” komandası 70 manat cərimə edilib.
“Sheki City” – “Hypers Guba” oyununun 90+1-ci dəqiqəsində “Hypers Guba” komandasının 22 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Hypers Guba” komandası 50 manat cərimə edilib.
“Lerik” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilib.