Azərbaycan futbolu
Məsiyev Konfrans Liqasının oyununa təyinat aldı
01.10.2024 | 12:15
FIFA referisi Elçin Məsiyev Konfrans Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununa təyinat alıb.
Sports.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ona meydanda Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaq.
Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.