Estoniya yığmasının Azərbaycana qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb

Estoniya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və İsveçə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sports.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Yurgen Henn C Liqasının I qrupunda oktyabrın 11-də Azərbaycan, 14-də isə İsveç millisinə qarşı Tallində baş tutacaq qarşılaşmalara 26 futbolçu dəvət edib.

Qapıçılar: Karl Yakob Heyn (“Valyadolid”, İspaniya), Matvey İqonen (“Botev”, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”);

Müdafiəçilər: Karol Mets (“Sankt Pauli", Almaniya), Artur Pikk (“Odra”, Polşa), Yonas Tamm (“Botev”, Bolqarıstan), Marten Kuusk (“Katovitse”, Polşa), Maksim Paskotsi (“Qrasshopper”, İsveçrə), Mixail Lilander (“Payde”), Rasmus Peetson, Mixael Şenninq-Larsen (hər ikisi “Levadiya”);

Yarımmüdafiəçilər: Mattias Kayt (“Rapid”, Rumıniya), Martin Miller (“Bohemians, İrlandiya), Vlasi Sinyavski (“Slovatsko”, Çexiya), Markus Poom (“Şemrok Rovers”, İrlandiya), Mixkel Aynsalu, Yoan Yakovlev (hər ikisi “Levadiya”), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Martin Vetkal (“Brommapoykarna”, İsveç), Kevor Palumets (HJK, Finlandiya), Patrik Kristal (“Payde”);

Hücumçular: Sergey Zenyov (“Flora”), Henri Anyer (“Li Man”, Honkonq), Erik Sorqa (“Ho Çi Min Siti”, Vyetnam), Aleks Mattias Tamm (“Nımme Kalyu”), Robi Saarma (“Payde”).

Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar