Azərbaycan millisinin iki oyun üçün heyəti müəyyənləşdi
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının heyəti müəyyənləşib.
Sports.az xəbər verir ki, oktyabrın 7-də təlim-məşq toplanışına yığışacaq U-21 oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq.
F qrupunda yer alan komandamız oktyabrın 8-də Şimali İrlandiyaya yola düşəcək.
1. Rəvan Kazımov - Neftçi
2. Xəyal Fərzullayev - Sumqayıt
3. Rüstəm Samiqullin - Neftçi
4. Süleyman Damadayev - Qəbələ
5. Seymur Məmmədov - Sabah
6. Emin Rüstəmov - Səbail
7. Cəlal Hüseynov - Arda (Bolqarıstan)
8. Eşqin Əhmədov - Qəbələ
9. Abdulla Rzayev - Sabah
10. Rüfət Əhmədov - Turan Tovuz
11. Rüfət Abbasov - Şamaxı
12. Mahir Həsənov - Kəpəz
13. Qurban Səfərov - Şamaxı
14. Mirəli Əhmədov - MOİK
15. Rauf Rüstəmli - Şamaxı
16. Emil Səfərov - Neftçi
17. Xəyal Əliyev - Sabah
18. Murad Vəliyev - Nomme Yunayted (Estoniya)
19. Fərid Yusifli - Turan Tovuz
20. Şahin Şahniyarov - Qəbələ
21. Zeynəddin Abdurahmanov - Cəbrayıl
22. Samir Məhərrəmli - Cəbrayıl
23. Nəriman Axundzadə - Qarabağ
24. Samir Abdullayev - Səbail
25. Ağadadaş Salyanski - Neftçi