“Yaxşı oynamaq istəyirsənsə, belə uşaq səhləri buraxmamalısan” – Renduliç
“Sabah” Azərbaycan Premyer Liqasının 9-cu turunda bu gün “Araz Naxçıvan”ı qəbul edib.
Sports.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib. Xorvatiyalı çalışdırıcı oyuna yaxşı başladıqlarını bildirib:
“Demək olar ki, biz oyuna yaxşı başladıq. 5 dəqiqə sonra fərqləndik. Əfsuslar olsun ki, üç dəqiqə sonra səhv etdik və qol buraxdıq. Yaxşı səviyyədə oynamaq istəyirsənsə, belə uşaq səhləri buraxmamalısan. 35 metrdən ötürülən ötürmədən sonra buraxılan qolu şərh etmək istəmirəm.
İkinci hissədə daha yaxşı çıxış etdik, daha enerjili idik. Düzdür, səhvələr buraxmadıq və sonda heçə-heçəyə razılaşdıq. Nəticə nəticədir. Etdiyimiz səhvlərə baxanda bir xal qazanmağımızı yaxşı nəticə hesab edirəm.
Həmişə demişəm ki, qol vurduqdan sonrakı 5-6 dəqiqə daha diqqətli olmalısan. Müdafiədə möhkəm olmaq lazımdır. Amma görürəm ki, yenə eyni səhvlər olur. Futbolda nəinki 2-3 metr, 20 santmetr belə çox önəmlidir.
Səmimi şəkildə desəm, hədəflədiyimizdən 2-3 xal az toplamışıq. Əlbəttə ki, biz ilk dövrədə heç nədən xallar itirdik, amma elə oyunlar da var ki, “Qarabağ”la matçda biz xala layiq idik. Keçən ilin ilk dövrəsi ilə müqayisədə bu il daha yaxşıyıq. Düşünürəm ki, ikinci dövrdə daha çox xallar götürəcəyik”.