İnyaki Uilyams “Jirona” ilə uğursuz oyunu şərh etdi

Bilbao “Atletik”inin qanalı hücumçusu İnyaki Uilyams “Jirona” ilə İspaniya La Liqasının 9-cu tur oyununun nəticəsi (1:2) barədə danışıb.

Sports.az qanalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Düşünürəm ki, bunun üçün heç bir bəhanə yoxdur. İki penaltini qola çevirə bilmədik. Bu, bir daha təkrarlana bilməz”, deyə Uilyams vurğulayıb.

Xatırladaq ki, basklar oyun ərzində iki penaltini qola çevirə bilməyiblər. “Jirona” isə oyunun təzminat müddətində (90+9-cu dəqiqə) dəqiq penalti sayəsində qələbəni bayram edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar