Dünya futbolu
Super Liqa klubunda yeni baş məşqçi
01.11.2024 | 10:30
Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi açıqlanıb.
Sports.az xəbər verir ki, Super Liqa təmsilçisini Recep Uçar çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uçarla 1.5 illik müqavilə imzalanıb.
Recep Uçar son olaraq "Kayserispor"u çalışdırıb.
"Konyaspor" hazırda Super Liqada 10 turdan sonra 11 xalla 11-ci sıradadır.