Yunanıstan nəhəngi portuqal məşqçiyə tapşırıldı

Yunanıstanın “Panatinaikos” klubunun yeni baş məşqçisi bəlli olub.

Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Ruy Vitoriya çalışdıracaq.

Portuqaliyalı mütəxəssis bu vəzifədə istefaya göndərilən Dieqo Alonsonu əvəzləyib. Onunla 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.

Son olaraq Misir yığmasını çalışdıran Vitoriya "Benfika", "Spartak" (Moskva) və "Əl-Nəsr"in də baş məşqçisi olub.

"Panatinaikos" Super Liqada 9 turdan sonra 13 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar