Millimiz Qəbələdə Estoniya yığması ilə üz-üzə

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti sınağına çıxır.

Sports.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində beşinci oyununu keçirəcək.

C Liqasında mübarizə aparan komandamız Qəbələdə Estoniya yığmasını qəbul edəcək. Saat 18:00-da start götürəcək oyunu şotlandiyalı FIFA referisi Con Biton idarə edəcək.

Yığmamız əvvəlki oyunlarının hamısında uduzub. Hətta Estoniya ilə səfərdəki görüş də yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə bitib. Bu üzdən komandamız ilk xal və ya xallarını qazanmağa çalışacaq. Amma yığmamız bu görüşdə qələbə qazana bilməsə, növbəti mövsümdən D Liqasında mübarizə aparmaq məcburiyyətində qalacaq.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup

16 noyabr

Azərbaycan - Estoniya
Baş hakim: Con Biton (Şotlandiya).
Qəbələ şəhər stadionu. Saat 18:00.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar