Dünya futbolu
ESPN “Mançester Yunayted”in cari mövsümdə ən dəyərli oyunçusunu açıqladı
18.11.2024 | 11:20
Nüfuzlu ESPN şəbəkəsi cari mövsümdə “Mançester Yunayted”in ən dəyərli oyunçularının siyahısını tərtib edib.
Sports.az xəbər verir ki, siyahıya “qırmızı şeytanlar”ın portuqal yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes başçılıq edir.
Kamerunlu qapıçı Andre Onana ikinci yerdə qərarlaşıb. İlk üçlüyü isə ingiltərəli yarımmüdafiəçi Kobbi Meynu qapayır.