Dünya futbolu
“Barselona” Şesnı ilə müqaviləsinin müddətini uzada bilər
18.11.2024 | 22:00
“Barselona” “blauqrana”nın 34 yaşlı polyak qapıçısı Voyçex Şesnı ilə 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətinin mümkün uzadılması haqda düşünür.
Sports.az xəbər verir ki, polyak qapıçı cari ilin oktyabrında Kataloniya klubuna keçdikdən sonra bir dəfə də olsun meydana çıxmamasına rəğmən, “Barselona” Şesnının peşəkarlıq səviyyəsindən və komandanın ehtiyat qapıçısı rolunu qəbul etməsindən razıdır.
Klub hesab edir ki, Şesnı böyük futbol təcrübəsini “Barselona”nın gənc oyunçuları arasında təricən paylaşa bilər, həmçinin komandanın paltardəyişmə otağında sağlam ab-havanın qorunmasında vacib sima ola bilər.