“Millimizin oyunları göstərir ki, doğru yoldayıq” - Fernandu Santuş
“Millimizin oyunları göstərir ki, doğru yoldayıq”.
Sports.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib:
"Əlbəttə, hər oyuna qələbə istəyi ilə çıxırıq. Son 3 matçda nəticə qazana bilməsək də, yığma məzmunlu oyun nümayiş etdirir. Millimizin oyunları göstərir ki, doğru yoldayıq. Sabahkı görüşdə müdafiə olunmaq barədə yox, hücum etməyi düşünürük. Təəssüf ki, gəldiyim vaxtdan bu yana qələbə qazana bilməmişik. Ancaq inanıram ki, tez bir zamanda uğursuzluq zolağından çıxacağıq",
Noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-da səsləndiriləcək.