Salah “Liverpul”la müqaviləsini yeniləməyə hazırdır

“Liverpul”un mirsirli ulduz hücumçusu Məhəmməd Salah “qırmızılar”la müqaviləsini 1 illik müddətə uzatmağa hazırdır.

Sports.az xəbər verir ki, bu qərarına rəğməb, Salah hazırda danışıqların gedişindən çox məyusdur.

Bildirilir ki, Salahın üstünlük verdiyi məqam “Enfild”də qalma müddətini uzatmaqdır və misirli ulduz hücumçu öz gedişini təhrik etmir. Bununla belə, Salah dünyanın ən yaxşı oyunçularından biri olduğuna inanır və hər hansı yeni müqavilənin şərtlərinin bu adı, eləcə də onun cari mövsümdəki səmərəsini əks etdirməli olduğunu gözləyir. Əlbəttə, söhbət müqavilənin maliyyə tərəfindən gedir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar