Futbol
“Milan”ın Fonseka ilə ayrıla biləcəyi şərt məlum oldu
09.12.2024 | 16:15
“Milan”ın baş məşqçisi Paulu Fonseka cari mövsümün sonunda “rossoneri”nin Çempionlar Liqasına vəsiqəsini təmin edə bilməsə, böyük ehtimalla istefaya göndəriləcək.
Sports.az xəbər verir ki, növbəti mövsüm Çempionlar Liqasına düşmək portuqal mütəxəssisin qarşısına qoyulmuş ən birinci vəzifədir.
Hazırda “Milan” rəhbərliyinin Fonsekanı dəstəklədiyi vurğulanır, rəhərlik xüsusən də portuqal mütəxəssisin İtaliya A Seriyasının 15-ci turunun “Atalanta” ilə səfər oyunundan (1:2) sonra hakimliklə bağlı dediyi narazı fikirləri ədalətli hesab edir.