Futbol
Qari Nevill Ruben Amorimi tənqid etdi
09.12.2024 | 23:30
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill Premyer Liqanın 15-ci turunun “Nottingem Forest”lə ev oyunundan (2:3) sonra “qırmızı şeytanlar”ın portuqal baş məşqçisi Ruben Amorimi tənqid edib.
Sports.az ingilis təhlilçinin bu barədə qənaətini təqdim edir:
“Oyunçular daim dəyişdikdə, müdafiə üçlüyü daim dəyişdirildikdə, beş oyunçu birdən dəyişdirildikdə, siz əslində onların hamısına etibar etmədiyinizi deyirsiniz.
Ten Haq da bir neçə həftə əvvəl eynisini edirdi, daim müdafiəçiləri və yarımmüdafiəçiləri dəyişdirirdi”.