“Önəmli olan kubokda və çempionatda yaxşı nəticə qazanmaqdır”

“Önəmli olan kubokda və çempionatda yaxşı nəticə qazanmaqdır”

“Önəmli olan ölkə kubokunda və çempionatda yaxşı nəticə qazanmaqdır”.

Sports.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının 15-ci turunda qarşılaşacaqları NTD ilə matçdan öncə klubun mətbuat xidmətinə açıqlamasında söyləyib.

O, komandada yolları ayırmaq istədikləri oyunçuların olduğunu bildirib:

“Milli komandalara görə uzun bir fasilə oldu. Biz də uğursuz seriyamızı dayandırmaq üçün istədiyimizi əldə edə bilmədiyimiz oyunçularla yolları ayırdıq. Hələ də ayrılmaq ərəfəsində olduğumuz oyunçular var. Onların yerinə yeniləri gəldi. Bu fasilə müddətində komandaya çox istirahət vermədik, xeyli sayda məşqlər keçdik. Çünki belə uzun fasilələr zamanı komandanı formada saxlamaq lazımdır. Lazımi işləri gördük, yeni gələn oyunçuları komandaya uyğunlaşdırmağa çalışırıq. Qarşımızda NTD klubu var və son zamanlarda yaxşı işlər görürlər. Heyəti gücləndiriblər, çox yaxşı komandadırlar".

Mütəxəssis qrupu ən yüksək pillələrdə bitirəcəklərinə inandığını söyləyib:

"Bizim komandamız da yaxşıdır. Hər mövqedə güclü oyunçularımız var. Sadəcə, bu, son oyunların nəticələrində əksini tapmadı. Əksiklərimizi aradan qaldırmağa, sona qədər meydanda mübarizə aparan kollektiv olmağa çalışdıq. Hər kəs “Sərhədçi”nin necə komanda olduğunu bilir. Biz bu liqada ən üst səviyyəyə çıxacaq komandayıq. 4 nömrə mövqeyində dəyişiklik etdik və bununla da sistemi dəyişdik. NTD ilə matç çox vacibdir. Əlimizdən gələni etməyə, ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq. Yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Üçüncü mərhələnin son oyunudur. Daha sonra son qrup matçları baş tutacaq. İnanıram ki, qrupu ən yuxarı yerlərdə bitirəcəyik. Önəmli olan ölkə kubokunda və çempionatda yaxşı nəticə qazanmaqdır. Mən və komandam buna inanırıq. Bu gün qələbə qazanaraq komandamızı yuxarılara çıxarmağı bacaracağıq”.

NTD - “Sərhədçi” matçı bu gün, saat 16:00-da "Sərhədçi" İdman Mərkəzində start götürəcək.

Son xəbərlər
“Barselona” inamlı qələbəyə sevindi
“Renn” və “Lans”dan darmadağın
“Milan” və “İnter”dən növbəti qələbə
Derbidə “Fənərbağça” sevindi
Mareska Kaysedo və Rodrini qiymətləndirdi
“Köln”dən darmadağın
Salah “Liverpul”un son uğursuzluq silsiləsini şərh etdi
“Mançester Siti”dən inamlı qələbə
Stankoviç “Krasnodar”a məğlubiyyətə aydınlıq gətirdi
Van Deyk “Aston Villa” üzərində qələbəni şərh etdi
Azərbaycanın iki şahmatçısı mərhələ adladı, ikisi dayandı
“Araz-Naxçıvan” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Məğlub durumda olsaq da, sonda qalib gəldiyimiz üçün sevincliyəm”
“Ağır məğlubiyyət oldu” - Baxşıyev
“Sabah” “Abşeron Lions”a qalib gəldi
“Sumqayıt” və “Turan Tovuz”dan qələbə
Azərbaycan cüdoçuları veteranların dünya çempionatında iştirak edəcəklər
“Barselona” “Strasburq”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” Tovuza qayıdışını qələbə ilə qeyd etdi - VİDEO
MY “Lill”in gənc istedadı ilə maraqlanır
“Qələbəyə layiq idik” - Berdıyev
“Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir” - Abbasov
“Kalyari” müdafiəçinə görə ağız açımış üç kluba rədd cavabı verdi
“Neftçi”nin əvəzedicilərindən növbəti qələbə
Yeniyetmə cüdoçular arasında region birinciliyi başa çatıb
“Barselona” “Arsenal”ın kapitanına göz dikib
PSJ-dəki 100-cü oyununda komandaya qələbə qazandırdı
2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçu
MY “Nottingem Forest”in yarımmüdafiəçisini satın almaq istəyir
Azərbaycanın FIFA referisi “Arsenal”ın oyununa təyinat aldı
DAHA ÇOX

Ən çox oxunanlar