Digər
“Neftçi”dən asan qələbə

28.02.2025 | 17:30
Kişi voleybolçulardan ibarət "Neftçi" komandası Azərbaycan Yüksək Liqasında inamlı qələbə qazanıb.
Sports.az xəbər verir ki, 13-cü turun bu gün baş tutan yeganə matçında "ağ-qaralar" MOİK-ə şans verməyib.
Qarşılaşma "Neftçi"nin 3:0 (25:15, 25:23, 25:9) hesablı qalibiyyəti ilə bitib.
Tura martın 3-də yekun vurulacaq.
Son xəbərlər





























