Digər
Yüksək Liqada növbəti oyunlar keçiriləcək

01.03.2025 | 11:45
Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqalarında növbəti oyunlar keçiriləcək.
Sports.az xəbər verir ki, kişilərin mübarizəsində 13-cü turun matçında "Gənclər" "Murov Az Terminal"la üz-üzə gələcək.
Sumqayıt Olimpiya Kompleksində təşkil ediləcək görüş saat 16:00-da başlayacaq. Ötən gün açılış qarşılaşmasında "Neftçi" MOİK-i məğlub edib 3:0.
Qadınların yarışında isə 14-cü tura "Gəncə" - UNEC oyunu ilə start veriləcək. UNEC Voleybol Klubunun idman zalındakı matç saat 14:30-da olacaq.
Son xəbərlər





























