“Ən yaxşı oyunumuz hələ qabaqdadır”

“Ən yaxşı oyunumuz hələ qabaqdadır”

“Çox təhlükəli komandaya çevrilirik”.

Sports.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Tayri Boykin klubun mətbuat xidmətinə müsahibəsində deyib.

ABŞ-dən olan oyunçu Bakı təmsilçisinin pley-offa vəsiqə qazanmaq şansları barədə danışıb:

"Hesab edirəm ki, əla imkanımız var. İlin əvvəlində komanda nəzərəçarpan dərəcədə gücləndi. Bir-birimizlə oynamağı öyrənməyə davam edərkən matçları da qazanırıq. Ən yaxşı oyunumuz hələ qabaqdadır və bunu pley-offda nümayiş etdirməkdən yaxşı nə ola bilər?"

O, 16-cı turda "Abşeron"a qalib gəldikləri (98:85) Azərbaycan Basketbol Liqasının matçı ilə bağlı fikirlərini bölüşüb:

"Yaxşı oyun keçirdik. Komanda oyunu nümayiş etdirdik və gedişatı nəzarətdə saxladıq. Rəqib üstünlük qazanmağa başladıqda, buna yaxşı cavab verdik. Hesab edirəm ki, doğru istiqamətdə daha bir addım atdıq".

Tayri Boykin növbəti turda "Naxçıvan"a qarşı keçirəcəkləri görüşə də toxunub:

"Naxçıvan"ın liqanın ən güclü klublarından biri olduğunu anlayırıq. Amma həmçinin başa düşürük ki, sahib olduğumuz istedadla hər kəslə rəqabət apara bilərik. Hər zaman olduğu kimi, öz oyunumuza köklənmişik. Yeganə gözləntimiz meydana çıxıb yüksək səviyyədə rəqabət aparmaqdır. Biz məşqçilərimizin taktikasına güvənirik və meydanda bir-birimizə etibar edirik".

Son xəbərlər
Alba Messi haqda: “Heç vaxt düşünməzdim ki…”
Məhəmməd Salah Ueyn Runinin rekordunu təkrarlayıb
Azərbaycan Velosiped İdmanı Federasiyasında qazaxıstanlı idman direktoru
Mbappe ən yaddaqalan qolu ilə bağlı sualı cavabladı
5-ci tura yekun vurulur
Günün oyunları – TV
Amorim iki futbolçusunun “Mançester Yunayted”i tərk edəcəyinə hazırdır
“Liverpul”un keçmiş qapıçısından Alison açıqlaması
“Mən daha əvvəlki deyiləm” - Mbappe
Remzi “UNAM Pumas”la müqaviləsinə xitam verdi
Yamal xüsusi proqrama salındı
“Cenoa”nın baş məşqçisi vəzifəsinə namizəd məlumdur
“Turan Tovuz” “Şamaxı”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
“Real”dan darmadağın
PSJ-yə bir qol bəs etdi
“Liverpul” qələbə həsrətinə son qoydu
“Yuventus”dan səfərdə çətin qələbə
Mbappe PSJ ilə “Real” arasındakı fərqdən söhbət açdı
“Bayern”lə “Bayer” də bacarmadı
“Liverpul”un kapitanı “qırmızılar”ın oyunundakı enişi şərh etdi
“Qalatasaray”dan ev oyununda heç-heçə
Beraldo haqqında dolaşan şayiəni təkzib etdi
Ekitike bütün zamanların ən yaxşı oyunçusunu açıqladı
İdman direktoru “Liverpul”u tərk edə bilər
Azərbaycanın daha bir cüdoçusu DÇ-də qızıl medal qazandı
“Neftçi” NTD-ni məğlub etdi
“Sumqayıt”da yeni futbolçu
Touni Avropa futboluna qayıda bilər
“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı
“Neftçi”dən darmadağın - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar