Futbol
“Sumqayıt”da yeni legioner
30.07.2022 | 18:55
“Sumqayıt”ın düşərgəsində saxlayacağı legionerlərin sırasına daha bir ad əlavə olunub.
Sports.az xəbər verir ki, polşalı qapıçı Mateuş Kuxta və panamalı müdafiəçi Omar Valensiyanı geri göndərən “kimyaçılar” Ouro Nile Toure ilə anlaşmağı lazım bilib.
Aleksey Baqa rəhbərlikdən toqolu hücumçu ilə müqavilə imzalanmasını istəyib. Afrikalı ilə 3 illik kontrakt nəzərdə tutulub. (Sportinfo)
“Gənclik şəhəri” təmsilçisi bu yay 5 əcnəbi futbolçu ilə güclənib. Stiven Pereyra (“Maritzburg United”, Cənubi Afrika Respublikası), Damyan Daniçiç (“Dinamo”, Zaqreb, Xorvatiya), Rifat Nurmuqamet (“Maktaaral”, Qazaxıstan), Alya Ture (“Başakşəhər”, Türkiyə, icarə) və Filipe Şabi (“Sportinq”, Portuqaliya) ilə münasibətlər rəsmiləşdirilib.