Azərbaycan idmançısına xüsusi mükafat verildi

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib. 

Sports.az xəbər verir ki, konqres çərçivəsində cari mövsüm 2 dünya kubokunun və 1 qran-prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim edilib.

Azərbaycandan daha öncə bu mükafata Yelena Jemayeva layiq görülüb.

Azərbaycan Qılıncoynatma Federasiyasını Konqresdə baş katib Vasif Məmmədov təmsil edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar