Dünya futbolu
“Napoli” “Boka Xuniors”un hücumçusuna görə təklif ünvanladı

11.07.2026 | 19:00
Daha əvvəl xəbər verdiyimiz kimi, “Napoli”nin, Argentina nəhəngi “Boka Xuniors”un 24 yaşlı argentinalı sağ cinah hücumçusu Esekiel Sebalyosla müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırdığı haqda məlumat var.
Sports.az xəbər verir ki, hazırda “Napoli” keçidi “Boka Xuniors”la razılaşdırmağa çalışır.
Bildirilir ki, Neapol təmsilçisi bu məqsədlə Argentina nəhənginə 10 milyon avro məbləğində təklif ünvanlayıb. “Boka Xuniors”un “Napoli”yə cavabla bağlı məsələdə tələsmədiyi vurğulanır.
Son xəbərlər





























