“Səbail”də yeni futbolçu

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Sports.az xəbər verir ki, paytaxt klubu müdafiəçi Mirəli Əhmədovla anlaşıb.

Onunla 2023/24-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Mirəli Əhmədov daha öncə “Neftçi” və “Sabah”ın aşağı yaş qrupları üzrə komandalarında oynayıb, “Şamaxı”nın əsas komandasında 1 oyun keçirib. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar