Azərbaycan şahmatçıları Ermənistana qalib gəldi

Azərbaycan şahmatçıları Ermənistana qalib gəldi

Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında Azərbaycan şahmatçıları Ermənistan millisinə qalib gəliblər.

Sports.az xəbər verir ki, qitə turnirində 6-cı turun partiyaları keçirilib.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5:1.5 hesabıyla qalib gəlib.

6-cı turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.

Qadın şahmatçılardan ibarət komandamız da 6-cı turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə başa vurub. 3:1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.

Sabah Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.

Son xəbərlər
“Beşiktaş” Trossardla gücləndi
Mingəçevirdə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
AFFA-dan qadın liqalarında iştirak edəcək komandalarla görüş
Xəlilov dünya reytinqində liderliyini qorudu
“Qarabağ” İslandiyaya yollandı
MY 35 yaşlı qapıçı transfer etdi
Beynəlxalq boks turnirində Azərbaycan geniş heyətlə təmsil olunacaq
Azərbaycan kamandan oxatanları AÇ-də mübarizə aparacaqlar
"Araz-Naxçıvan" qvineyalı futbolçu transfer etdi
Basketbol hakimləri üçün təlim-seminar təşkil olunub
AFFA UEFA B məşqçilik kursu üçün müraciətlərin qəbuluna başlayıb
Vuşkoviç Premyer Liqada klubunu dəyişdi
Günün oyunları – TV
“Kürü keçək?! 5” açıq suda kütləvi üzmə yarışı keçiriləcək
Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib
“Qarabağ”ın rəqibi darmadağına üzüldü
“Qarabağ”dan azarkeşlərə müraciət
Zommerin yeni iş yeri bəlli oldu
Bayıl stadionunda yenidənqurma işləri davam edir
Azərbaycan güləşçiləri ilin son reytinq turnirində çıxış edəcəklər
"İmişli" İmanovu heyətinə qatdı
“Napoli” “Real”ın hücumçusu ilə maraqlanır
“Çelsi” hücumçusuna transfer qiyməti müəyyənləşdirdi
Fransa yarımfinalda İspaniya ilə üz-üzə
“Sabah”ın TNS-lə növbəti sınağı
“Yenilərin sayəsində güclənmişik” - Yuri Vernidub
“Arxayınlaşa bilmərik” - Dambrauskas
MY məzunundan imtina etdi
“Mançester Siti” yeniyetmə hücumçu satın aldı
“Neftçi” toplanışı məğlubiyyətlə bitirdi
DAHA ÇOX

Ən çox oxunanlar