Şirvanda beynəlxalq şahmat festivalının qalibləri müəyyənləşdi

Şirvanda beynəlxalq şahmat festivalının qalibləri müəyyənləşdi

"Shirvan Open 2025" beynəlxalq şahmat festivalına yekun vurulub.

Sports.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası , Gənclər və İdman Nazirliyi və Şirvan şəhər Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən festivalda 8 ölkədən 240-dan çox şahmatçı iştirak edib.

A qrupunun qalibi, Hindistan şahmatçısı Mayank Çakraborti olub. İkinci yerdə Azərbaycan təmsilçisi Vüqar Rəsulov qərarlaşıb. Üçüncü yeri Hindistan şahmatçısı Subhayan Kundu tutub.

B qrupunda yarışın qalibi adını Məhərrəm Cəfərov qazanıb. İkinci və üçüncü yerdə müvafiq olaraq Əli Səlimzadə və Fuad Məmmədov qərarlaşıblar.

Festival çərçivəsində təşkil olunan rapid yarışının qalibi Murad İbrahimli olub. Blits turnirində isə Vüqar Manafov qələbə qazanıb.

Ümumilikdə müxtəlif yerlər üzrə qaliblərə 22.650 AZN pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilən 8-ci və bu il üçün sonuncu yarışıdı.

Son xəbərlər
"Nyukasl" – "Qarabağ": azərbaycanlı azarkeşlər üçün biletlərin qiyməti açıqlandı
Azərbaycanlı pilot Portimao trekində debüt etdi
“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət
“İmişli” “Kəpəz”ə qarşı - YENİLƏNİR
MOK üçün 30 illik yubiley loqoları
1-ci Liqa klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar
“Qarabağ”ın ÇL oyununa azərbaycanlı azarkeşlər üçün biletlər satışa çıxır
“Toplanış komandamız üçün çox faydalı oldu”
Mbappe Ronaldo və Messinin nailiyyətini təkrarladı
“Mançester Siti” üçün əlamətdar oyun
Bakıdakı DÇ-yə daha iki komanda vəsiqə qazandı
Stolüstü tennisçimiz beynəlxalq yarışı iki mükafatla başa vurdu
Günün oyunları – TV
İngiltərə klubundan “Palmeyras”a
“İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı
“Real”da inamlı qələbə
“İnter” qalib gəldi, “Yuventus” xal itirdi
PSJ 3 xalı 5 qolla qazandı
“Beşiktaş”dan heç-heçə, “Qalatasaray”dan darmadağın
“Bayern”dən darmadağın
“Mançester Siti” “Liverpul”a qalib gəldi
MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüşdü
Yeniyetmələr arasında ölkə çempionatının qalibləri bəlli oldu
Azərbaycan karateçilərindən Limassolda 6 medal
“Şanslarımızı dəyərləndirə bilmədik”
“Neftçi” üzərində layiqli qələbə qazandıq”
MY “Nyukasl”ın cinah hücumçusu ilə maraqlanır
Bakıda təşkil olunan beynəlxalq turnirə yekun vuruldu
Azərbaycan tennisçisindən uğurlu start
“Sumqayıt” “Zirə”yə belə uduzdu - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar