Şahmatçımız dünya kubokuna vəsiqə qazandı

Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatı keçirilib.

Sports.az xəbər verir ki, şahmatçılarımızdan Nicat Abasov 11 oyundan 7.5 xal toplamaqla 17-ci yeri tutub.

Bu nəticə ilə Abasov dünya kubokuna vəsiqə əldə edib.

Digər təmsilçimiz Əhməd Xaqan isə reytinqini artıraraq FİDE ustası titulunun normativini yerinə yetirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar