“AÇ-2024 mənim sonuncu yarışım olacaq”

“Milan”ın 38 yaşlı fransalı mərkəz hücumçusu Olivye Jiru futboldakı cari arzusundan danışıb.

Sports.az veteran futbolçunun bu xüsusda fikirlərini təqdim edir:

“38 yaşımda xəyallarım nələrdir? Ola bilsin ki, Fransa ilə Avropa Çempionatını qazanmaq. Bu həm də mənim sonuncu yarışım olacaq. 2016-cı ildə evdə, finalda uduzduq və bu, mənimlə qaldı. Bu, 2018-ci ildə dünya çempionu olanda uğur qazanmağımıza kömək etdi. “Milan” və Fransa ilə Avropanın ən yüksək səviyyəsində çıxışımı başa vurmaq mənim üçün doğru zamanda doğru qərar idi”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar