Hakimliyin üz qarası - İnqilab Məmmədov

Hakimliyin üz qarası - İnqilab Məmmədov

“Sabah” əla oynadı, Murad Musayevdən bərk yapışıb bu istiqamətdə davam etmək lazımdır. “Qarabağ” da çempion olana qədər vaxtını gözləmişdi, amma Avropada sözünü deyirdi. “Qəbələ” də çempion ola bilmədi, lakin Avropadakı çıxışıyla unudulmayacaq təəssürat yaratdı. Ruhdan düşməyə dəyməz, “Sabah”da iş var.

“Qara” ləqəbi ilə tanınan İnqilab Məmmədova gəlincə, dünən adını doğrultdu və çempionatın, hakimliyin üz “Qara”sı oldu. İnqilabın briqadası uşaq deyil, indiyə qədər çox “başlar kəsiblər”. Və bütün təcrübəli hakimlər kimi, yaxşı bilirlər ki, son dəqiqələrdə “başının ağrımağı”nı istəmirsənsə, BELƏ VƏZIYƏTLƏRDƏ FOLU, KÜNC ZƏRBƏSINI UZAQ QAPIYA TƏRƏF VERMƏLISƏN Kİ, MÜMKÜN SƏHVIN QOLLA NƏTICƏLƏNMƏK EHTIMALI OLMASIN. Amma olmayan yerdə autu əks tərəfə vermək…

Peşəkarlıqdan danışırıqsa, burda nə “Qarabağ”lıq, nə də VAR-lıq bir şey var. Top autdan oyuna daxil edildikdən sonra artıq o epizod bitmiş sayılır və penaltidən əvvəl topun kimdən çıxmasına qayıdıb baxa bilməzlər. (Məsələn, top xətdən çıxıb, amma hakim görməyibsə, davamında gedib qol vəya penalti olubsa, onda baxıla bilər) O başqa məsələ ki, “Qarabağ”ın oyunçuları “söhbəti tutub” özləri “fair play” qərarı verə bilərdilər, amma kiçik araşdırmadan belə başa düşdüm ki, heç onlar da topun kimdən çıxdığını görməyiblər və əslində heç buna borclu da deyillər.

Hakimlərin autu “Qarabağ”a vermək qərarına gəlincə, bu məsələ bildiyiniz ƏN, ƏN, ƏN yüksək səviyədə araşdırılmalıdır. Bu işlərdə təsadüf olmur! “Qırmızı” vermisən, bir penalti vermisən, “Qarabağ” “Sabah”a qarşı oynayır, artıq tribunadan da hadisələrin nəzarətdən çıxmasının an məsələsi olduğu görünür. Bunu hiss edən AFFA nümayəndəsi 4-cü hakimin yanına düşüb, siz – illərin hakimləri meydanda bunu hiss etmirsiz? Buna məni heç kim inandıra bilməz! 

Top “Qarabağ”dan çıxsa belə, o saniyələr üçün yazılmamış qızıl qanunun əksinə, əks-tərəfi göstərmək təsadüf ola bilməz…”

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar