AÇ-2024: UEFA iki yığmanı cərimələdi

Avropa çempionatının qrup mərhələsinin ilk oyunundan sonra Xorvatiya və Albaniya yığmaları cərimələnib.

Sports.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, xorvatlar azarkeşlərinin meydana müxtəlif plastik əşyalar atması və matç zamanı məşəl yandırması səbəbindən 87,875 avro cəzalandırılıblar.

Bəzi fanatlarının məşəl yandırması, meydançaya əşyalar atması və ikinci hissədə meydana daxil olması isə Albaniyanı 37,375 avro ziyana salıb.

Xorvatiya ilk oyunda İspaniyaya 0:3, Albaniya isə İtaliyaya 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar