İspaniya - İtaliya matçının ən yaxşı futbolçusu müəyyənləşdi

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan İspaniya - İtaliya matçının (1:0) ən yaxşı futbolçusu müəyyənləşib.

Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "buğalar"ın heyətində Niko Uilyams qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Oyuna start heyətində başlayan və görüşü yüksək səviyyədə keçirən 21 yaşlı hücumçu 78-ci dəqiqədə əvəzlənib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar