Slovakiya - Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşdi

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Slovakiya - Ukrayna matçının (1:2) ən yaxşı futbolçusu müəyyənləşib.

Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalıların heyətində Nikolay Şaparenko qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

25 yaşlı futbolçu qarşılaşmada komandasının bərabərlik qoluna imza atıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar