Fransa millisi Mbappesiz qol vura bilmir

Fransa millisi Kilian Mbappenin iştirakı olmadan böyük turnirlərdə üç oyun keçirib.

Sports.az xəbər verir ki, yığma bunların heç birində qol vura bilməyib.

Komanda son olaraq Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində Niderland ilə qolsuz heç-heçə edib.

Daha əvvəl hücumçunun Avstriyaya qalib gəldikləri matçda (1:0) burnu sınıb. Forvard əsas millidə çıxış etdiyi vaxtda böyük turnirlərdə yalnız üç qarşılaşmada meydana çıxmayıb.

Bundan əlavə, fransızlar Mbappenin start heyətində yer almadığı son 6 matçda qələbə qazanmayıb - 4 heç-heçə, 2 məğlubiyyət.

AÇ-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar