Gürcüstan - Çexiya matçının ən yaxşı oyunçusu bəlli oldu

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Gürcüstan - Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı qapıçı Georgi Mamardaşvili qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Qolkiper 11 dəfə komandasını qoldan xilas edib.

Qeyd edək ki, bu görüşdə qalib müəyyənləşməyib – 1:1.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar